Meksika ABŞ-ın 20 milyonluq təklifini yalanladı
Lakin Meksikanın dekabrdan fəaliyyətə başlayacaq yeni hökumətində daxili işlər naziri vəzifəni tutacaq Sançez Kordero bəyan edib ki, miqrantlarla bağlı məsələnin həllində kömək üçün Vaşinqtondan heç bir təklif gəlməyib.
“Bu təklif hansısa formada danışıqlar masasına çıxarılmayıb”, – deyə Kordero vurğulayıb. Lakin Meksikanın hazırkı prezidenti Enrike Pena Nyetonun fəaliyyətdə olan hökuməti bundan əvvəl bildirmişdi ki, onlar ABŞ-ın təklifini dəyərləndirməyə davam edirlər.
Qeyd edək ki, Mərkəzi Amerika və Meksikadan ABŞ-a axın edən qanusuz miqrantları “cinayətkarlar” adlandıran Donald Tramp onların ölkəyə girişinin qarşısını almaq üçün Meksika ilə sərhəddə divar çəkilməsini təklif etmişdi. Təkcə avqust ayında Meksikadan ABŞ-a qanunsuz gələn miqrantların ailə üzvlərinin həbsi 38 faiz artıb.
Leyla Elbrusqızı
AzVision.az