"Təyyarədəki əsgərlərin ölümü fəlakətdir" - Putin
“O zamanTürkiyə qırıcını qəsdən vurmuşdu. Burada tragik təsadüflər zəncirinə bənzəyən vəziyyət var. İsrail qırıcısı bizim təyyarəni vurmayıb”, - deyə Putin vurğulayıb.
Rusiya prezidenti əsgərlərin ölümünü fəlakət adlandırıb: “İnsanların ölümü, xüsusən belə tragik şəkildə ölümü hər zaman fəlakətdir. Həm bizim, həm ölkəmiz, həm də ölən dostlarımızın yaxınları üçün bu belədir. Həlak olan əsgərlərimizin yaxınlarına başsağlığı verirəm”.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Rusiya İsrail Suriya Təyyarə