Britaniya ikinci dəfə referenduma gedir

Britaniya ikinci dəfə referenduma gedir
  19 Sentyabr 2018    Oxunub:3109
Əgər baş nazir Tereza Meyin “Brexit”lə üzrə planı rədd edilsə, Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı ikinci dəfə referenduma gedə bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Sky News”a Britaniya Maliyyə Nazirliyinin maliyyə katibi, ölkənin baş xəzinədarı Mel Strid bildirib.

“Partiyanın sağ qolu – “Brexit” tərəfdarları Meyin Aİ ilə üzərində işlədiyi planı səs çoxluğu qazanmazsa, çox narahat olacaqlar. Çünki belə vəziyyətdə biz ikinci dəfə referendum keçirə və onun nəticəsinə uyğun olaraq ümumiyyətlə Aİ-nı tərk etməyə bilərik. Bunun baş vermə riski olduqca böyükdür”, – deyə Strid bildirib.

Qeyd edək ki, “Brexit” üzrə Londonun Aİ ilə apardığı danışıqların yekununda əldə olanacaq razılaşmaya dair referendum keçirilməsi üçün baş nazir Tereza Meyə çağırış edilən “Final Say” petisiyası artıq 811 mindən çox imza toplayıb. Petisiyanın təşəbbüskarı “Independent” qəzetinin əməkdaşı Kristian Broutondur.

Xatırladaq ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Britaniya   Avropaİttifaqı  





Xəbər lenti