Abe 2021-ci ilədək baş nazir olacaq
Abenin rəqibi – tanınmış yapon siyasətçisi, müxtəlif dövrlərdə Yaponiyanın müdafiə, kənd-təsərrüfatı və regionların inkişafı məsələləri naziri olmuş Siqeru İsiba isə sədr seçilmək üçün lazım olan 404 səsi toplaya bilməyib və cəmi 254 səslə 6 il əvvəl olduğu kimi, yenə də Abeyə məğlub olub.
Yaponiyada parlament seçkilərində qalib gələn partiyanın sədri ölkənin baş naziri olur. hakim Liberal-Demokatik partiyasının sədri isə 3 il müddətinə seçilir. Növbəti partiya sədri seçkilərinin də parlament seçkiləri kimi 2021-ci ildə keçiriləcəyindən, Şinzo Abe həmin müddətək Yaponiyanın baş naziri olaraq qalacaq. Bununla da o, ölkənin pasifik (mübahisələrin həlli vasitəsi kimi müharibələrdən imtina) konstitusiyasına dəyişiklik edərək, özünümüdafiə qüvvələri bazasında Yaponiya ordusunun yaradılmasına hüquqi status verilməsi istiqamətində planlarını həyata keçirməyə, Çin və Şimali Koreyadan gələn mümkün müharibə təhlükəsinə qarşı hərbi hazırlıqların və müdafiə xərclərinin artırlımasına şans qazanıb. Çünki İkinci Dünya Müharibəsindən məğlub çıxan Yaponiyanın ABŞ tərəfindən tərtib olunan konstitusiyasının 9-cu maddəsinə görə, Tokio müharibələrdən və beynəlxalq mübahisələrin həllində güc tətbiqindən imtina edir. Ölkənin pasifik konstitusiyasına əsasən, Yaponiya daimi milli ordu saxlaya bilməz və yalnız özünümüdafiə məqsədilə təhlükəsizlik qüvvələrinə malikdir.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


