ABŞ-la Rusiya arasında gizli danışıqlar aparılır

ABŞ-la Rusiya arasında gizli danışıqlar aparılır
  21 Sentyabr 2018    Oxunub:3762
Vaşinqtonla Moskva təcavüzə son qoymaq və siyasi nizamlanma yolu tapmaq üçün Suriyada “pərdəarxası” iş görürlər.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman bəyan edib.
“Əlbəttə ki, ABŞ və Rusiya Suriya üzrə əməkdaşlıq edirlər. Biz birlikdə pərdə arxasında aparılan iş görürük. Əmin olmaq istəyirik ki, Suriyada təcavüzə son qoya bilərik. Nəticədə isə nizamlanma istiqamətində və Dəməşqdə idarəçiliklə bağlı irəliləyişa nail ola bilərik”, – deyə amerikalı səfir “AmCham”ın konfransında çıxışı zamanı vurğulayıb.

Xarici KİV-lər yazır ki, Hantsman bununla da, Bəşər Əsədin taleyi ilə bağlı Vaşinqtonla Moskva arasında gizli danışıqlar aparıldığını etiraf edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Rusiya   ABŞ  



Xəbər lenti