Türkiyədə məktəbli avtobusu aşıb – 2 ölü, 17 yaralı
Qəza nəticəsində ölən 2 nəfərdən biri müəllim, digəri isə məktəblidir. Yaralanan 17 nəfər dərhal xəstəxanaya yerləşdirilib.
Hazırda insidentlə bağlı cinayət işi açılıb, araşdırma gedir. İlkin ehtimala görə, qəzaya avtobusun ön təkərinin partlaması səbəb olub.
Leyla Elbrusqızı
AzVision.az