Ruhani ABŞ-a getdi: "Cavabımız ağır olacaq"
Ruhani hava limanında jurnalistlərə açıqlama verərək deyib ki, Əhvazda törədilən terror aksiyasına görə İranın cavabı çox ağır olacaq.
Prezident qeyd edib ki, İran ABŞ-ın sanksiyalarının öhdəsindən gələcək. Bu terror aksiyasını törədənlər peşman olacaqlar.
Ruhani onu da bildirib ki, Nyu-Yorkda “Nüvə proqramı” ilə əlaqədar imzalanmış müqaviləni müzakirə edəcək və bir sıra dövlət başçıları ilə görüşəcək. Görüşlərdə regional və qlobal xarakterli siyasi məsələlər müzakirə ediləcək. (AzərTAc)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


