“Rusiya ABŞ-ın maraqlarına qarşı çıxır” – Pompeo

“Rusiya ABŞ-ın maraqlarına qarşı çıxır” – Pompeo
  24 Sentyabr 2018    Oxunub:2119
Rusiya Amerikanın Ukrayna, Suriya və dünyanın digər “qaynar nöqtələrindəki” maraqlarının əleyhinə işləyir.

AzVision.az xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo BMT Baş Assambleyası sessiyasının açılışı ərəfəsində televiziyaya verdiyi müsahibədə bu cür bəyanatla çıxış edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın bütün dünya üzrə çoxsaylı pozucu fəaliyyətlərinə hələ ki cavab verə bilməyib. Pompeo həmçinin, xarici siyasətin heç bir istiqamətində Rusiyanın ABŞ-a kömək etmədiyilə bağlı aparıcının qeydi ilə razılaşıb.

“Bəli, bu, olduqca ədalətli qiymətləndirmədir və çox təəssüf doğurur. Çünki bizim ortaq maraqlarımızın olduğu sahələr də var. Mən terrorrizmlə mübarizə üzrə ruslarla sıx əlaqədə işləmişəm. Dünyada bir çox regionlar və sahələr, hətta dəyərlər var ki, bizim ruslarla maraqlarımız toqquşur. Bu mənada onlar bizdən çox fərqlənirlər. Ruslar Ukrayna və Suriyada bizə kömək göstərmirlər. Siz (aparıcı – red.) bunu çox yaxşı vurğuladınız... O ki qaldı Rusiyanın bütün dünyadakı zərərli fəaliyyətlərinin qarşısını almaq cəhdlərinə - prezident Tramp münasibətlərimizi yoluna qoyaraq vəziyyəti dəyişməyə çalışdı, amma hələ buna nail omlamışıq”, – deyə Pompeo bildirib.

Pompeo, həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşən Trampın “yaxşı polis” kimi fəaliyyət göstərdiyi bir vaxtda, onun və ABŞ administrasiyasının digər yüksək vəzifəli nümayəndələrinin “pis polis” rolunda çıxış etməsinə dair iddiaları rədd edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Suriya   ABŞ  



Xəbər lenti