Paşinyan Nyu-Yorkda Rusiyanın əleyhinə çıxış etdi
AzVision.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının sessiyasında iştirak üçün ABŞ-a gedən Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Amerikadakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşündə deyib.
“Biz bütün beynəlxalq tərəfdaşlarımızla münasibətlərimizi inkişaf etdirməyə hazırıq. Lakin bunu bir tərəfdaşımızın hesabına, yaxud digərinin ziyanına etməyə hazırlaşmırıq. Ermənistan Rusiya və Avrasiya İqtisadi İttifaqının üzvləri ilə, İranla, Gürcüstanla, o cümlədən Avropa İttifaqı və ABŞ-la qarşılıqlı əlaqələrinin səviyyəsini qaldırmağa çalışacaq. Bu münasibətlərdə biz daha özünəəmin olmalı və suveren dövlətə məxsus yanaşmalar sərgiləməliyik. Çünki xarici siyasət hakimiyyətin qorunub saxlanmasına deyil, milli maraqlara xidmət etməyin vacibliyinə əsaslanmalıdır”, – deyə Paşinyan vurğulayıb.
Paşinyan eyni zamanda, Ermənistanın daxilində baş verən son siyasi proseslər barəsində ABŞ-dakı erməni diasporunun nümayəndələrinə aydınlıq gətirib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan Rusiya ABŞ







Vaxtında, Aydın, Lazımlı!


