Tramp yenidən Putinlə görüşmək istəyir

Tramp yenidən Putinlə görüşmək istəyir
  26 Sentyabr 2018    Oxunub:2434
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yenidən görüşmək istədiyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Tramp BMT Baş assambleyasının 73-cü sessiyası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Mən onunla (Putinlə) yenidən görüş keçirməyimizi gözləyirəm. Amma növbəti görüşümüz hələ ki təyin olunmayıb” – deyə, Tramp vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putinlə ABŞ prezidentinin yeni görüşünün hələ ki planlaşdırılmadığını və bu barədə iş aparılmadığını bildirib.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Rusiya   ABŞ  



Xəbər lenti