Putinin Ermənistana səfəri gələn ilə qaldı

Putinin Ermənistana səfəri gələn ilə qaldı
  27 Sentyabr 2018    Oxunub:2965
Rusiya prezidenti Vladimir Putin Ermənistana gələn il səfər edəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentinin Ermənistana səfərinin təşkil edilməsi müzakirə olunsa da, dəqiq tarixindən danışılmayıb.

Qeyd edək ki, erməni KİV-ləri Putinin sentyabrın sonunda Ermənistana səfər edəcəyi barədə xəbərlər yaymışdı.

AzVision.az


Teqlər: Putin   Rusiya   Ermənistan  



Xəbər lenti