Əfqanıstanda partlayış: 13 nəfər ölüb

Əfqanıstanda partlayış: 13 nəfər ölüb
  02 Oktyabr 2018    Oxunub:2571
Əfqanıstanda parlament seçkilərində deputatlığa namizəd Nəsirxan Momandın Nanqarhar əyalətinin Kama rayonunda yerli sakinlərlə seçkiqabağı görüşü zamanı partlayış baş verib.
AzVision.az İnterfax-a istinadla xəbər verir ki, terror aktı yerli vaxtla saat 13:00-da qeydə alınıb.

Nəticədə azı 13 nəfər həlak olub, 40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma terror aktının məsuliyyətini üzərinə götürməyib.

AzVision.az


Teqlər: Əfqanıstan   Terror  



Xəbər lenti