İran ABŞ-ı NATO üçün əsas təhlükə hesab edir

İran ABŞ-ı NATO üçün əsas təhlükə hesab edir
  04 Oktyabr 2018    Oxunub:3460
"NATO daha çox ABŞ-ın təhlükəli siyasətindən narahat olmalıdır, nəinki İranın regiondakı davranışlarından".
AzVision.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bəyan edib.

“İrana qarşı səslənən ittihamlar əsassızdır. NATO-nun baş katibi gərək daha çox Vaşinqtonun birtərəfli və təhlükəli siyasətindən, alyansın bu üzvü tərəfindən beynləxalq öhdəliklərinin yerinə yetirilməməsindən narahatlıq keçirsin. İranın Fars körfəzi və Yaxın Şərqdə vəziyyətin sabitləşməsində oynadığı rol beynəlxalq birliyin böyük əksəriyyəti tərəfindən qəbul olunur”, - deyə Qasemi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq İranın regiondakı digər ölkələrdə pozucu davranışlarına görə alyansın narahatlıq keçirdiyini bildirmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   ABŞ  



Xəbər lenti