Tramp Ərdoğana təşəkkür etdi
"Branson çox çətin təcrübə keçmiş mükəmməl bir xristiandır. Prezident Ərdoğana etdiyi köməyə görə təşəkkür edirəm".
Qeyd edək ki, dünən İzmir şəhər məhkəməsi amerikalı keşiş Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu ev dustaqlığından azad edib. Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını aradaq qaldırıb.
Xatırladaq ki, Branson FETÖ və PKK terror təşkilatları ilə əlaqədə itiham olunaraq həbs edilmişdi. Onun həbsi ABŞ-la Türkiyə arasında diplomatik qalmaqala səbəb olmuşdu.
AzVision.az