Türkiyədən Ermənistana keçən 4 nəfər saxlanıldı - VİDEO
AzVision.az xəbər verir ki, oktyabrın 15-dən 16-na keçən gecə sərhəd pozucuları Araz çayı sahilində ərazini müşahidə etdikdən sonra Ermənistan tərəfə keçməyə çalışıblar. Lakin bu vaxt rus sərhədçilər onları saxlayıb.
İlkin məlumatlara görə, saxlanılan 4 nəfər Cənubi Asiyadandır. Qanunvericiliklə müəyyən edilmiş qaydada, sərhəd pozucuları Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil veriləcək.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Ermənistan Türkiyə Sərhəd