Putin Trampa Parisdə görüşməyi təklif edib

Putin Trampa Parisdə görüşməyi təklif edib
  23 Oktyabr 2018    Oxunub:2633
Moskvada Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.
Putin görüşdə amerikalı həmkarı Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib.

Həmin müddətədək Fransanın paytaxtında I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbirlər keçiriləcək. Putin amerikalı həmkarı ilə birbaşa təmasların faydalı ola biləcəyini bildirib: "Təbii ki, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa".

C.Bolton isə cavabında D.Trampın Rusiya Prezidenti ilə görüşməkdən məmnun olacağını vurğulayıb: “Əlbəttə, Prezident Tramp bu beynəlxalq tədbir çərçivəsində sizinlə böyük məmnuniyyətlə görüşər”.

Xatırladaq ki, ABŞ və Rusiya prezdientləri arasında son görüş iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilib.

Azvision.az



Teqlər:



Xəbər lenti