Roma metrosunda qəza: 30 yaralı

Roma metrosunda qəza: 30 yaralı
  24 Oktyabr 2018    Oxunub:2603
Roma metrosunun “Repubblica” stansiyasında eskalatorun sıradan çıxması nəticəsində 30 nəfər, o cümlədən ÇSKA-nın azarkeşləri yaralanıb. Azarkeşlər Olimpiya stadionuna ÇSKA və Roma klublarının komandaları arasında matça baxmağa gedirmişlər.
Azvision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yaralıların 7-sinin vəziyyəti ağır, 5-nin vəziyyəti orta-ağır hesab edilir, 18 nəfər yüngül yara alıb.

Azvision.az



Teqlər: Roma   Metro   Qəza  



Xəbər lenti