Ermənistanda məmurlar rüşvət alarkən tutuldu
Eyni zamanda, həmin bölmənin digər iki müfəttişi - Suren Eloyan və Vaqarşak Lalayan da şantajla məşğul olmaqda və rüşvət qəbul etməkdə şübhəli bilinərək həbs ediliblər.
Qeyd olunur ki, Komitənin əməkdaşları nüfuzlu şirkətlərdən birinin direktorunun ötürdüyü məlumat əsasında ələ keçiriliblər. Belə ki, Dövlət Gəlirləri Komitəsinin işçiləri həmin şirkətdə yoxlamalar zamanı süni maneələr ortaya çıxmaması qarşılığında direktordan pul tələb ediblər. Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan