Almaniya səfirliyinin maşını Ermənistanda qəzaya uğrayıb

Almaniya səfirliyinin maşını Ermənistanda qəzaya uğrayıb
  27 Oktyabr 2018    Oxunub:3716
Almaniyanın Ermənistandakı səfirliyinə məxsus “Toyota” markalı avtomobil qəzaya düşüb.
Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, Ermənistanın Kotayk əyalətinin Razdana şəhərində baş verən qəzaya səbəb eyni markalı digər avtomobilin səfirliyin maşınını ötməyə çalışması olub.

Hazırda həmin avtomobilin sürücüsünün kimliyi müəyyənləşdirilir.

Qeyd olunur ki, qəza nəticəsində ciddi xəsarət alan yoxdur. Polis insidentlə bağlı araşdırma aparır.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Almaniya  



Xəbər lenti