Rusiya gələn il “Avanqard”ı silahlanmaya daxil edəcək

 Rusiya gələn il “Avanqard”ı silahlanmaya daxil edəcək
  29 Oktyabr 2018    Oxunub:2201
Rusiya istehsal etdiyi və uğurla sınaqdan keçirdiyi hipersonik uçuş qanadı blokuna malik “Avanqard” strateji raket komplekslərini 2019-ci ilin sonunadək silahlanmaya daxil edəcək.
Azvision.az xəbər verir ki, bu barədə "TASS"-a Rusiyanın müdafiə sənayesindəki mənbə məlumat verib. Qeyd olunub ki, əvvəlcə kompleksin sayı iki, daha sonra isə altıya çatdırılacaq.

Xatırladaq ki, "Avanqard"ın qanadlı bloku trayektoriyadan 1000 kilometr ayrılaraq manevr həyata keçirmək qabiliyyətinə malikdir. Bu da onu istənilən növ raket əleyhinə sistemlər üçün görünməz edir. Raket səsdən 20 dəfə sürətlidir. Uçuş vaxtı raketin səthindəki temperatur 2000 dərəcəyə çatsa da, o idarə oluna bilir.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Rusiya   silah  



Xəbər lenti