Paşinyanın müavininə qarşı narkotik ittihamı

Paşinyanın müavininə qarşı narkotik ittihamı
  29 Oktyabr 2018    Oxunub:2638
Ermənistanın baş naziri səlahiyyətlərini ica edən Nikol Paşinyanın müavini Tiqran Avinyan marixuanadan istifadədə ittiham olunur.

Azvision.az xəbər verir ki, “Politik” qəzeti etibarlı mənbələrinə istinad edərək Avinyanın iş saatlarında Ermənistan hökumətinin binasında öz dostları ilə marixuana çəkdiyini bildirib.
Lakin Tiqran Avinyan Ermənistan cəmiyyətində ciddi ajiotaja çevrilən bu xəbəri təkzib edərək, qəzeti məhkəməyə verəcəyini deyib. Paşinyanın müavini ona ünvanladığı ittihamlara görə qəzetdən ictimai formada təkziblə yanaşı, ləyaqətini alçaltdığına görə təzminat da tələb edəcəyini bildirib.



Leyla Elbrusqızı
Azvision.az






Teqlər: Ermənistan  



Xəbər lenti