Azərbaycan “Doing Business-2019” reytinqində 32 pillə yüksəldi
Hesabatda xüsusilə qeyd olunub ki, Azərbaycan 190 ölkə sırasında iqtisadiyyatlarında ən çox nəzərəçarpan irəliləyişin olduğu 10 ölkədən biridir. Bu onluğa Azərbaycanla yanaşı, Çin, Türkiyə, Hindistan və digər ölkələr də daxil olublar.
Reytinq cədvəlinə əsasən, Azərbaycan xarici şirkətlərin rahatlıqla və heç bir süni əngəl olmadan biznes qura biləcəkləri ən yaxşı 9-cu ölkədir. Eyni zamanda, Azərbaycan kiçik investorların hüquqlarının müdafiəsini ən yaxşı şəkildə təmin edən ikinci ölkədir.
Qeyd edək ki, bundan əvvəl “Doing Business-2018” reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Azərbaycan Türkiyə Çin







Vaxtında, Aydın, Lazımlı!


