Etirazçılar Qareginin dəftərxanasına basqın etmək istədilər

Etirazçılar Qareginin dəftərxanasına basqın etmək istədilər
  01 Noyabr 2018    Oxunub:2574
Ermənistanda bir qrup şəxs bütün ermənilərin katolikosu II Qareginə qarşı etiraza qalxıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, nümayişçilər Qareginin Eçmiədzindəki dəftərxanasına basqın etmək istəyiblər. Binanı mühafizə edən polis əməkdaşları onların qarşısını alıblar.

Qeyd edək ki. Ermənistanda II Qareginə qarşı dəfələrlə etiraz aksiyası keçirilib, katolikosun istefası tələb olunub.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti