Ermənistanın vitse-spikerindən gözlənilməz etiraf

Ermənistanın vitse-spikerindən gözlənilməz etiraf
  10 Noyabr 2018    Oxunub:1592
Ötən gün Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri Eduard Şarmazanov baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı Ermənistan üçün KTMT-də baş katib postunu qoruyub saxlaya bilməməkdə ittiham edib.
Şarmazanov sonra diqqətiçəkən bir etiraf edib: "Korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistan və Qarabağın təhlükəsizliyi hesabına etməyin"

Paşinyan hakimiyyətinin tənqidçisinə çevrilən Şarmazanov keçmiş prezident Serj Sarkisyanın ən yaxın adamlarından hesab olnur. O, həm də Sarkisyanın sədrlik etdiyi Respublikaçılar partiyasının mətbuat katibidir.

Millət vəkili Aydın Mirzəzadənin fikrincə, hələ də kiriminal hakimiyyəti müdafiə edən vitse-spiker özü də bilmədən çox ciddi etiraflar edib.

"Birincisi, demə Ermənistan üçün beynəlxalq hüquq və nizamnaməsini imzaladığı təşkilatların qaydaları üstün deyil. O, istənilən yolla hansısa bir mövqeni zorla öz əlində saxlamağa çalışmalıdır. Yaxşı ki, hələ Astanada Ermənistandan niyə vaxtı ilə baş katibliyə cani generalın namizədliyinin verdiklərinin sorğusunu etmədilər.

İkincisi isə, Şarzamanov Sarkisyan zamanında ölkədə korrupsiya olduğunu axır ki, etiraf etdi. Və ciddiyyətlə bildirir ki, əsas Ermənistandır, korrupsiya ilə mübarizə deyil. Ancaq, korrupsiyanı saxlamaqla dövləti necə qurmağın mümkün olduğunu demədi".

Qeyd edək ki, Eduard Şarmazanov Nikol Paşinyanı Ermənistanın beynəlxalq mövqelərini və dövlətin təhlükəsizliyini zəiflətməkdə günahlandırıb. Onun sözlərinə görə, Paşinyanın davranışları Ermənistanın öz müttəfiqləri tərəfindən gülüş obyektinə çevrilməsi və təklənməsinə gətirib çıxarıb.

Müxalif vitse-spiker əlavə edib ki, Astana sammitində Ermənistanın namizədinin qəbul edilməməsi Paşinyan hakimiyyətinin açıq-aydın məğlubiyyətidir.

Azvision.az


Teqlər:





Xəbər lenti