Türkiyəli hərbçilər Moskvaya danışıqlara gedir
Qeyd olunub ki, Türkiyə və Rusiya hərbi strukturlarının görüşündə təhlükəsizlik zonasının yaradılması daxil olmaqla, Suriyadakı vəziyyət və ABŞ qoşunlarının bu ölkədən çıxarılması məsələsi müzakirə olunacaq.
Xatırladaq ki, ötən həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriya ilə sərhəddə uzunluğu 460, eni isə 32 km olan təhlükəsizlik zonası yaratmasına Moskvanın etiraz etmədiyini bildirmişdi.
Leyla Elbrusqızı
Azvision.az