ABŞ konsulluğuna hücum edən terrorçu İstanbulda tutuldu

 ABŞ konsulluğuna hücum edən terrorçu İstanbulda tutuldu
  04 Fevral 2019    Oxunub:2490
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda DHKP/C terror təşkilatının fəal üzvlərindən olan Hatice Ruken Kılıç və Serkan Örsü həbs ediblər.

Terrorçuların qaldığı evdən tapança, çoxlu sayda sursat və terror aktlarında istifadə olunan digər ləvazimatlar götürülüb.
Hatice Ruken Kılıç və Hatice Aşık 2015-ci il avqustun 10-da ABŞ-ın İstanbulun Sarıyer rayonunda yerləşən Baş konsulluğuna hücum etməkdə təqsirli biliniblər. Həmin hadisədə Hatice Aşık yaralı ələ keçmiş, Hatice Ruken Kılıç isə qaçmışdı.

Qeyd edək ki, Hatice Ruken Kılıç Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən təhlükəli terrorçu qismində axtarışda olub.

Azvision.az



Teqlər: Konsulluq   Terrorçu   İstanbul   Türkiyə  





Xəbər lenti