Erməni nazir: “Qarabağ danışıqlarında dinamika qorunur”

Erməni nazir: “Qarabağ danışıqlarında dinamika qorunur”
  04 Fevral 2019    Oxunub:2908
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistan və Azərbaycan liderləri arasında yüksək səviyyədə keçiriləcək ilk rəsmi görüş nəticəyönümlü olmalıdır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan jurnalistlərlə söhbətində Ermənistan və Azərbaycan liderləri arasında ilk rəsmi görüşün keçirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

“Bu məsələdə tələsmək lazım deyil. Çünki bu prosesin davam etdirilməsi vacibdir ki, nəticə olsun. Və biz əmin olaq ki, təşəbbüs etdiyimiz növbəti addımla danışıqlar prosesindəki dinamikanı qoruyub saxlaya biləcəyik”, – deyə Mnatsakanyan vurğulayıb.

Jurnalistlərin “bəs dinamika hələ də saxlanılırmı?” sualına isə erməni nazirin cavabı belə olub: “Əgər məndən soruşursunuzsa, deyə bilərəm ki, bəli, dinamika qorunub saxlanılır və ümid edirəm ki, yanılmıram. Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı kimi danışıqlarda iştirak edir və bunu davam etdirəcək”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  



Xəbər lenti