Mnatsakanyan Qarabağa görə parlamentə çağırıldı

 Mnatsakanyan Qarabağa görə parlamentə çağırıldı
  05 Fevral 2019    Oxunub:2404
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan parlamentə dəvət olunub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan “Facebook”da yazıb.

Parlamentdə XİN rəhbərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fikir mübadiləsinin aparılması gözlənilir.

Marukyanın sözlərinə görə, XİN rəhbəri bu məqsədlə fraksiya üzvləri ilə görüşə dəvət edilib.

Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti