Bakıda qumbaralar tapılıb

Bakıda qumbaralar tapılıb
  13 Noyabr 2013    Oxunub:1250
Noyabrın 12-də günorta saatlarında Qaradağ rayonunda əl qumbaraları aşkar edilib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, saat 13:47-də Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə Qaradağ rayonu Puta qəsəbəsindən Korgöz qəsəbəsinə gedən avtomobil yolunun kənarındakı zibil yeşiyini yaxınlığında partlayıcı əşyanın olması barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssisləri hadisə yerinə çıxıblar.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən bir ədəd “F-1” və bir ədəd “RQD-5” əl qumbarası aşkar edilib.

Xidmətin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib və adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış əməliyyatına başlayıb.

Xidmətin mütəxəssisləri tərəfindən aşkar olunmuş əl qumbaralarına baxış zamanı məlum olub ki, “RQD-5” qumbarası döyüş tətbiqinə yararlıdır və “F-1” əl qumbarası döyüş tətbiqinə yarasızdır. Aşkar edilmiş “F-1” və “RQD-5” əl qumbarası aidiyyəti üzrə hüquq mühafizə orqanları əməkdaşlarına təhvil verilib.

Adıçəkilən ərazidə mütəxəssislər tərəfindən təkrar baxış keçirildikdən sonra digər partlayış təhlükəli əşya aşkar olunmayıb.


Teqlər:





Xəbər lenti