ABŞ-ın dövlət borcu rekord həddə çatıb
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, hazırda ABŞ-ın dövlət borcu 22,012 trilyon dollardır. Lakin 2019-cu ilin fevralın əvvəlindən başlayaraq bu rəqəm daha 90 milyard dollar artıb.
“Usa Today” isə bildirir ki, Donald Trampın prezidentliyi dövründə ABŞ-ın dövlət borcu sürətli templərlə artmağa başlayıb. Buna səbəb Trampın vergi islahatları və hərbi xərcləri artırmasıdır. Təkcə ötən maliyyə ili üzrə ABŞ-ın büdcə kəsiri 17 faiz çoxalaraq 779 milyard dollara çatıb.
Qeyd olunur ki, ABŞ hökumətinin büdcə xərclərinə heç cür nəzarət olunmadığından, ölkənin dövlət borcu artmağa davam edəcək.
Leyla Elbrusqızı
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


