Cənubi Koreyadakı yanğında 2 nəfər ölüb, 70-i yaralanıb

Cənubi Koreyadakı yanğında 2 nəfər ölüb, 70-i yaralanıb
  19 Fevral 2019    Oxunub:1544
Cənubi Koreyanın Kyonsando əyalətinin Tequ şəhərindəki kişi hamamında baş verən yanğın nəticəsində azı 2 nəfər ölüb, 70 nəfər isə xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin “Yonhap” informasiya agentliyi yanğınsöndürənlərə istinadən mləumat yayıb.

Qeyd olunub ki, hamamdakı yanğın yerli vaxtla bu səhər saat 07:11-də başlayıb. İnsident nəticəsində yaralananlar xəstəxanaya yerləşdiriliblər. Onların əksəriyyəti yanğının tüstüsündən zəhərlənənlərdir.

Hazırda hadisənin baş verdiyi əraziyə gələn polis yanğının baş vermə səbəblərini araşdırır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: CənubiKoreya  





Xəbər lenti