ABŞ homoseksualizmin təbliği üçün kampaniya başladır
“Narahatlıq doğuran odur ki, XXI əsrdə dünyanın təqribən 70 ölkəsində LGBT (lesbianlar, geylər, biseksuallar və transgenderlər) nümayəndələrinin davranış və yaxud statuslarını kriminallaşdıran qanunlar mövcuddur” – kampaniyanın təşkilində iştirak edən amerikalı rəsmi bildirib.
Hələlik, ABŞ-ın qeyri-ənənəvi cinsi oriyentasiyanın təşviqi strategiyasının tam hazır olmadığını deyən Vaşinqtondakı məmurlar, onun təqribən BMT, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatlarla, həmçinin, artıq cinzi azlıqların hüquqlarının təmin edildiyi ölkələrlə işi ehtiva edəcəyini deyiblər. Bu qlobal kampaniyaya Amerikanın Avropadakı digər səfirləri də cəlb olunublar.
Telekanal vurğulayıb ki, Vaşinqtonun başlatdığı kampaniya bir növ İranda homoseksual gəncin edam edilməsi ilə bağlı yayılan xəbərlərə cavabdır.
Qeyd edək ki, cinsi azlıqların hüquqlarının “müdafiəsi” üçün qlobal kampaniya başlatmasına baxmayaraq, LGBT cəmiyyətinin üzvlərinə qarşı ən böyük diskriminasiya elə məhz Amerikanın özündə edilir. Belə ki, ötən ilin martında ABŞ prezidenti Donald Tramp transgenderlərin Amerika ordusunda hərbi xidmət keçməsini qadağan edən memorandum imzalayıb. Bu, ABŞ-da LGBT nümayəndələrinin və onların hüquqlarını müdafiə edən təşkilatların ciddi etirazına səbəb olmuşdu. Ekspertlərin fikrincə, Vaşinqtonun qlobal kampaniyasının əsl məqsədi homoseksualizmin təbliği yolu ilə, xüsusən də, Şərq dünyasındakı ənənəvi ailə modelləri və ailə dəyərlərinin məhvinə, dolayısı ilə təbii artımın qarşısının alınmasına hesablanıb. Çünki dünya əhalisinin əksər hissəsi məhz Amerikanın strateji rəqiblərinin yerləşdiyi və öz milli mədəniyyətlərini qoruyub saxlayan Şərq dünyasındadır.
Leyla Elbrusqızı
Azvision.az