Ermənistanın hərbi qulluqçusu öldü - FOTO

 Ermənistanın hərbi qulluqçusu öldü -  FOTO
  24 Fevral 2019    Oxunub:3173
Ermənistanın Tavuş vilayətində “VAZ-2107” markalı avtomobil su kanalına aşıb.

Azvision.az Shamshyan.com-a istinadən xəbər verir ki, saat 14:04 radələrində baş verən hadisə nəticəsində avtomobilin sükanı arxasında olan hərbi qulluqçu ölüb.
Əraziyə cəlb olunan xilasedicilər meyiti avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Ölən şəxsin kimliyi açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.





Azvision.az



Teqlər: Ermənistan   Hərbçi  



Xəbər lenti