NATO Qara dənizin Rumıniya hissəsində və beynəlxalq ərazi sularında aprelin 5-dən 13-dək "Dəniz sipəri-2019" adlı genişmiqyaslı çoxmillətli hərbi təlimlər keçirəcək.
Azvision.az xarici mətbuata istinadla xəbər verir ki, təlimlərdə 2200 hərbi qulluqçu və Rumıniya, Bolqarıstan, Kanada, Yunanıstan, Niderland və Türkiyənin hərbi gəmiləri iştirak edəcək.
Hərbi təlimlərdə sualtı hərbi hücumların qarşısının alınması, yerüstü və hava hücumlarından müdafiə, təhlükələrə qarşı hazırlıq və digər əməliyyatlarda iştirak edəcəklər.