Şults: Ukrayna üçün qapılar açıqdır - VİDEO

Şults: Ukrayna üçün qapılar açıqdır - VİDEO
  29 Noyabr 2013    Oxunub:964
“Ukrayna ilə saziş başqa prezidentin dövründə imzalana bilər”.

Ukrayna və Avropa Birliyinin assosiasiyası məsələsi Ukraynanın başqa prezidenti və parlamentinin dövründə həll oluna bilər. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Martin Şults Vinüsdə bəyan edib. “Biz bu barədə bir də danışacağıq”, - o, bildirib. Martin Şultsun fikrincə, Avropa məsələnin maliyyə tərəflərinə yenidən baxmalıdır. Lakin Avropa Parlamentinin rəhbəri problemin həm də siyasi müstəvidə olduğunu istisna etməyib. Onun fikrincə, başqa prezident və parlament dövründə nəsə dəyişə bilər.

Avropa Parlamentinin sədri onu da əlavə edib ki, istənilən halda Ukrayna üçün qapılar açıqdır.




Teqlər:  





Xəbər lenti