İndoneziyada bir gündə iki güclü zəlzələ baş verib

İndoneziyada bir gündə iki güclü zəlzələ baş verib
  01 Dekabr 2013    Oxunub:1170
İndoneziyanın qərb sahilində 5,8 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin yerli vaxtla saat 10:29-da Sumatra adası yaxınlığında baş verdiyini bildirir.
Zəlzələnin episentri Sumatra adasındakı Sibolqa şəhərindən 260 km məsafədə, yerin 5 km dərinliyində qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl - bu gün səhər saat 05:24-də 6,4 bal gücündə, episentri Maluku əyalətinin Saumlaki şəhərindən 343 km şimal-qərbdə, yerin 9 km dərinliyində olan zəlzələ baş verib.

İndoneziya Seysmoloji Agentliyi isə zəlzələnin 6,7 bal gücündə olduğunu açıqlayıb.

Yeraltı təkanlar nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.


Teqlər:





Xəbər lenti