Putin: `Qan tökülməsini istəmirəm`- VİDEO

Putin: `Qan tökülməsini istəmirəm`- VİDEO
  03 Dekabr 2013    Oxunub:1132
"Biz Azərbaycan prezidenti ilə nizamlanma perspektivlərini çox müfəssəl müzakirə etmişik".

RF prezidenti Vladimir Putin Ermənistana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Qarabağ münaqişəsinin həllindən danışıb. Sarkisyanla birgə keçirdiyi konfransda Vladimir Putin “Armnews” telekanalının müxbiri Şaki Kazaryanın “Ermənistanın sülh tərəfdarı olduğu halda, Azərbaycan müharibəni bərpa etməklə hədələyir, Azərbaycanın hərbi bəyanatları həyata keçəcəyi halda Rusiyanın Ermənistanın strateji müttəfiqi kimi reaksiyası necə olacaq” sualını Vladimir Putin istehza ilə qarşılayıb.

“ Siz bunları tez-tez deyin, onda münaqişənin sülh yolu ilə həll edilməsi şərtləri azalacaq, digər şərtlər isə əksinə möhkəmləndiriləcək . Biz istərdik ki, Rusiya sərhədlərinə bu qədər yaxın olan və RF-lə bu cür sıx əlaqələri olan zonada bir daha qan axmasın - nə Ermənistan vətəndaşlarının, nə də Azərbaycan vətəndaşlarının. Biz məhz bunun üzərində çalışırıq. Müharibə başlasaydı nə edərdik, hazırda müharibə haqqında danışmaq münaqişənin dinc yolla həllinə mane ola bilər. Bu barədə danışmaq yanlış anlaşıla bilər. Elə başa düşülər ki, guya biz müharibəyə hazırlaşırıq. Biz isə əksinə problemin siyasi və diplomatik yolla həlli üçün çalışmalıyıq”-deyə Putin qeyd edib.

Digər bir jurnalistin sualına cavab olaraq Putin deyib :“Mən bu yaxınlarda Bakıda səfərdə olmuşam. Biz Azərbaycan prezidenti ilə nizamlanma perspektivlərindən çox müfəssəl danışmışıq. Mən çox məmnunluqla qeyd etməliyəm ki, noyabrın 19-da Vyanada keçirilmiş görüş çox müsbət xarakterli olub. Biz hər iki tərəfin nizamlanma ilə bağlı sağlam düşüncəsinə çox ümid edirik, buna ATƏT-in Minsk qrupu çərçivəsində nail olmağa çalışacağıq”.

Səbinə Həsənova




Teqlər:  





Xəbər lenti