Bundan əlavə, Almazbek Atambayev korrupsiyada ittiham edilir. Ölkə parlamenti 20 iyun tarixində prokurorluğa eks-prezidentin adı keçən korrupsiya hallarının siyahısını təqdim edib. Qurum Atambayevin Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi, Batukaevin saxta tibbi hesabatlarla sərbəst buraxılması və digər cinayətlər zamanı korrupsiya ilə əlaqəli ola biləcəyi qənaətinə gəlib. O, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olma və digər maddələrlə ittiham edilir.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib. Ötən gün onun həbs edilməsi ilə bağlı əməliyyat keçirilib. Xüsusi təyinatlılarla sabiq prezidentin tərəfdarları arasında baş verən qarşıdurma nəticəsində 48 nəfər yaralanıb.
İlkin Nəcəfzadə
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


