Bara “molotov kokteyli” atdılar, 23 nəfər öldü

Bara “molotov kokteyli” atdılar,  23 nəfər öldü
  28 Avqust 2019    Oxunub:1712
Meksikanın Koasakoalkos şəhərində güclü yanğın olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən barlardan birində baş verib. Yanğın nəticəsində 23 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.

Məlumata görə, yanğın bara “molotov kokteyli” atılması səbəbindən başlayıb. Daha sonra alovun miqyası genişlənib. Hazırda faciənn səbəbləri araşdırılır.

Azvision.az



Teqlər: Meksika   Bar   Yanğın  






Xəbər lenti