Kolleclərə qeydiyyat bu gün başa çatır

Kolleclərə qeydiyyat bu gün başa çatır
  29 Avqust 2019    Oxunub:1308
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, abituriyentlər avqustun 29-u saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

Azvision.az



Teqlər: DİM   Qeydiyyat  





Xəbər lenti