İraqın şimalında 676 terrorçu zərərsizləşdirilib

İraqın şimalında 676 terrorçu zərərsizləşdirilib
  30 Avqust 2019    Oxunub:1398
İraqın şimalında cari il ərzində 676 terrorçu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

"Pəncə hərəkatı" ilə bağlı məlumat verən Akar bildirib: “Pəncə-1”də 64, “Pəncə-2”də 16, “Pəncə-3”-də isə bu günə qədər 22 terrorçu zərərsizləşdirilib”.

Suriyadakı proseslərlə bağlı Akar vurğulayıb ki, İdlibdə şəxsi heyətə, müşahidə məntəqələrinə zərər vurulduğu təqdirdə Türkiyə qanuni hüququndan istifadə edəcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Pence-Hərəkatı   Terror   Türkiyə   Suriya   Akar  





Xəbər lenti