Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib. Konsulluq Məsələləri Bürosunun Viza xidmətləri katibinin köməkçisi Edvard Ramotovski deyib ki, 14 sentyabr tarixinə qədər 31.334 insanın ölkəyə daxil olmasından imtina edilib. Çərşənbə axşamı isə 7600-dən çox viza müraciətinə imtina cavabı verilib.
Departamentin fevral ayında açıqladığı məlumatlara əsasən, qadağanın ilk 11 ayı ərzində viza ilə bağlı müraciət edənlərin yalnız 5.9% -dən imtina edilib, digər 29% isə gözləmə mərhələsindədir.
Aytən Zəhra
Azvision.az