Rusiyada təyyarə qəza enişi etdi - 23 nəfər xəsarət aldı

 Rusiyada təyyarə qəza enişi etdi -    23 nəfər xəsarət aldı
  26 Sentyabr 2019    Oxunub:2942
Rusiyanın Barnaul şəhərində “Azur Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza enişi edib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Boing 767-300” təyyarəsinin şassiləri eniş zamanı alovlanıb. Vyetnamdan gələn təyyarənin göyərtəsinə 331 sərnişin olub. Hadisə nəticəsində 23 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.

Azvision.az



Teqlər: Rusiya   Təyyarə  






Xəbər lenti