Yanukoviç Ukraynanın taleyini müzakirə edir

Yanukoviç Ukraynanın taleyini müzakirə edir
  10 Dekabr 2013    Oxunub:1216
Yanukoviç öz sələfləri ilə görüşüb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Kiyevin “Ukrayna” Milli Sarayında prezident Viktor Yanukoviç keçmiş prezidentlər Viktor Yuşşenko, Leonid Kuçma və Leonid Kravçukla görüş keçirir.

“4 prezidentin görüşü artıq başlayıb. Bu ümummilli müzakirələrin başlaması istiqamətində ilk addım hesab edilir”- deyə “Bizim Ukrayna” siyasi şurasının üzvü İrina Vannikova bu hadisəni şərh edib.

Qeyd etmək lazımıdır ki, müxalifət partiyaları, nə “UDAR” və “Azadliq”, nə də ki, “Batkovşina” partiyalarının sədrləri görüşə dəvət almayıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti