Türkiyə qarant-dövlət statusunu itirə bilər - Suriya XİN
Suriya XİN-in açıqlamasında bildirilib: “Ərdoğan hakimiyyəti hərbi əməliyyatlara başlayacağı təqdirdə "Astana" prosesindəki qarant-dövlət statusunu tamamilə itirəcək, eyni zamanda bütün siyasi prosesə sarsıdıcı zərbə vuracaq".
Qeyd edək ki, Suriya böhranı ilə bağlı növbəti “Astana” məsləhətləşmələri oktyabr ayında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Bundan əvvəlki görüş ötən ay Ankarada baş tutub.
“Astana” formatının qarant ölkələri Rusiya, İran və Türkiyədir.
P.Sultanova
Azvision.az