Təhsil Nazirliyindən
Azvision.az -a verilən məlumata görə, Sabirabad, Saatlı, Hacıqabul və Kürdəmirdən olan gənc müəllimlərin iştirak etdikləri görüşdə C.Bayramov ixtisaslaşmış kadrlarla iş fəaliyyəti, onların peşəkar inkişafı və müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsindən danışıb. Nazir müəllim nüfuzunun artırılması, eləcə də müəllim fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən işlərə də diqqət çəkib.
Müəllimlərin bilik və bacarıqlarının artırılması və təlim metodlarının tətbiqindən söz açan Ceyhun Bayramov iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Təhsil naziri müəllimlərə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Azvision.az