ÜST: Tacikistanda koronavirus yoxdur
Ölkədə koronavirusun olmadığını rəsmən elan edən ÜST nümayəndəsi əhalini gigiyena qaydalarına riayət etməyə və izdihamlı yerlərdən çəkinməyə çağırıb.
"Bu günə qədər respublikada koronavirusla bağlı 700-dən çox tədqiqat aparılıb və bütün nəticələr mənfi olub. Səhiyyə Nazirliyi virusun Tacikistana girməsinin qarşısını almaq üçün hər vasitə ilə çalışır. Hər kəs bunun üçün səy göstərsə, bəlkə digər ölkələrə nisbətən daha şanslı olarıq", - deyə Perfilyeva əlavə edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Tacikistan ÜST