7 uşaq anası 81 yaşında koronavirusdan sağaldı
7 uşaq anası olan qadın COVİD-19 testinin müsbət çıxmasından sonra martın 29-da xəstəxanaya yerləşdirilib. O, müalicələri uğurla başa vuraraq bu gün evə buraxılıb.
Hazırda özünü yaxşı hiss edən N.Tüylü deyib: "Xəstəxanada olduğum müddətdə mənə çox yaxşı baxdılar. Heç bir narahatlığım yoxdur. Sağlamlığım yerindədir. Mənə yenidən həyat bəxş etdiklərinə görə həkimlərə təşəkkür edirəm".
Kənan Məmmədov
Azvision.az
Teqlər: Koronavirus COVİD-19







Vaxtında, Aydın, Lazımlı!


