Belarusda 23 nəfər koronavirusun qurbanı oldu

Belarusda 23 nəfər koronavirusun qurbanı oldu
  11 Aprel 2020    Oxunub:2542
Belarusda koronavirus qurbanlarının sayı 23 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Belarusda ümumi yoluxma sayı 2226 nəfərdir. İndiyədək 171 xəstə sağalıb, 2031 nəfər isə stasionar nəzarətdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus  






Xəbər lenti