Koronavirusdan ölən həkimin dəfni etiraza səbəb oldu

Koronavirusdan ölən həkimin dəfni etiraza səbəb oldu
  11 Aprel 2020    Oxunub:2375
Misirin Dakahliya əyalətində yerli sakinlər koronavirusdan ölən həkimi dəfn etməyə icazə verməyiblər.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Şubra əl-Bəhv kəndinin sakinləri yolu bağlayaraq, pandemiyadan dünyasını dəyişən qadının dəfninə mane olublar. Onlar kənddə virusun yayılacağından qorxduqlarını deyiblər.

Təhlükəsizlik orqanlarının müdaxiləsindən sonra həkimin meyitini torpağa tapşırmaq mümkün olub.

Qeyd edək ki, Misirdə 1794 nəfər koronavirusa yoluxub, 135 sakin həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Misir  






Xəbər lenti